İlham Əliyev Türk Şurasının Qeyri-rəsmi Zirvə görüşünə qatılacaq

ilham-eliyev-turk-surasinin-qeyri-resmi-zirve-gorusune-qatilacaq
Oxunma sayı: 1265

Bu gün Türk Şurasının “ Türküstan: Türk Dünyasının Mənəvi Paytaxtlarından biri” mövzusunda Qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onlayn formatda keçiriləcək görüşə Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.

Zirvə görüşü Qazaxıstanın ilk prezidenti və Türk Şurası fəxri rəhbəri  Mursultan Nazarbayevin təşəbbüsü ilə baş tutacaq.

Görüşə Azərbaycan Prezidentindən başqa, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri, eləcə də, Macarıstan baş naziri qatılacaq.