İlham Əliyev Türkiyəyə getdi - - Fotolar

ilham-eliyev-turkiyeye-getdi-
Oxunma sayı: 3214


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, İ. Əliyev bu gün Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gedib. O, Qarsda Heydər Əliyev adına parkda Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Qarsın çox dəyişdiyini deyən dövlət başçısı dincəlmək üçün Yusufpaşa məhəlləsində yerləşən Cheltikov Hotelinə gedib.

Qeyd edək ki, prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə bu gün Trans-Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) ilk təməlqoyma mərasimində iştirak edəcək. İki milyard dollarlıq TANAP layihəsi reallaşarsa, 2018-ci ildən sonra Azərbaycan Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kub metr qaz ötürəcək. Bununla da, Türkiyənin təbii qaz ehtiyatında Azərbaycanın payı 9%-dən 15%-ə qədər artacaq.