İlham Əliyev Valeh Ələsgərovu təltif etdi

ilham-eliyev-valeh-elesgerovu-teltif-etdi
Oxunma sayı: 4397

Prezident İlham Əliyev Valeh Ələsgərov haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun bu gün 75 yaşı tamam olur.