İlham Əliyev və Mehriban Əliyeva Formula 1-də - Fotolar

ilham-eliyev-ve-mehriban-eliyeva-formula-1-de
Oxunma sayı: 12738

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar.

Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın Dövlət Himni ifa olunub. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.

Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.