İlham Əliyev xanımı ilə sərgidə

ilham-eliyev-xanimi-ile-sergide
Oxunma sayı: 2904


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, “AITF-2015” sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən, ümumilikdə, 371 şirkət tərəfindən 80-dək turizm istiqaməti nümayiş olunur. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edir. Milli stendlər arasında debütant ölkə Maldiv Adalarıdır. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.