İlham Əliyev Xocavəndə də getdi - Video

ilham-eliyev-xocavende-de-getdi
Oxunma sayı: 3342

Bu gün işğaldan azad edilmiş torpaqlarımıza səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunda da olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb. Prezident çıxışında Xocavəndin Böyük Tağlar kəndinin ərazisində olduğunu qeyd edib:

"Bura Azərbaycandır. Xocavənd rayonu. Böyük Tağlar kəndinin ərazisi. Gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan ordusu azad edib".