İlham Əliyev yeni səfirlə görüşdü- - Fotolar

ilham-eliyev-yeni-sefirle-gorusdu-
Oxunma sayı: 997


“Qafqazinfo” xəbər verir ki, səfir Gennadi Axramoviç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Diplomat Gennadi Axramoviç Azərbaycana gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.

Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğulayıb. 

Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan prezident İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.

“Qafqazinfo”