İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - Yenilənib + Fotolar

ilham-eliyev-yeni-sefirlerin-etimadnamelerini-qebul-etdi
Oxunma sayı: 3407

Prezident İlham Əliyev aprelin 19-da Kubanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev, həmçinin Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.