İlham Əliyev yunan naziri qəbul etdi

ilham-eliyev-yunan-naziri-qebul-etdi
Oxunma sayı: 805

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev Nikos Kotziasın Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Yunanıstanın iki Prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan İlham Əliyev bunu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.