Prezident İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncamla on iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Son xəbərlər
Son Xəbərlər