“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:
“1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur.
Son xəbərlər
Son Xəbərlər