İlham Əliyevdən daha bir səfir təyinatı

ilham-eliyevden-daha-bir-sefir-teyinati
Oxunma sayı: 5310

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, 2011-ci ildən Yaponiyaya səfir göndərilən G. İsmayılzadə dövlət başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə vəzifəsindən geri çağırılmışdı.