“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda xatırladılır ki, ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.
Sərəncama əsasən, bu istiqamətdə işlərin davam etdirilməsini nəzərə alaraq QSC-nin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər