“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: "Qırğızıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir".
Dövlət başçısı sonda qırğızıstanlı həmkarına möhkəm cansağlığı və uğurlar, Qırğızıstan xalqına sülh və firavanlıq diləyib.
***
İlham Əliyev eyni zamanda Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha Malayziyanın Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Əlahəzrət, Malayziyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm".
Sonda dövlət başçısı malayziyalı həmkarına ən xoş arzularımı yetirib, dost Malayziya xalqına daim sülh və firavanlıq diləyib.
Son xəbərlər
Son Xəbərlər