İlham Əliyevdən Mərkəzi Bankla bağlı- - Sərəncam

ilham-eliyevden-merkezi-bankla-bagli-
Oxunma sayı: 9516


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, qanunun 12.2-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür”.

Həmçinin, aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilir:

“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

Bundan başqa, 14.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”.