İlham Əliyevdən mətbuatla bağlı- - Sərəncam

ilham-eliyevden-metbuatla-bagli-
Oxunma sayı: 2149


“Qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Azərbaycan milli mətbuatının 140 illik yubileyi Azərbaycan Respublikasında geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki:

2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.