Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorjanı Monqolustanın milli bayramı münasibətilə təbrik edib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Prezident İlham Əliyev dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıb.
Son xəbərlər
Son Xəbərlər