İlham Əliyevdən Rəşid Behbudovla bağlı- - Sərəncam

ilham-eliyevden-resid-behbudovla-bagli-
Oxunma sayı: 1371


“Qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi görkəmli musiqi xadimi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.