İlham Əliyevdən təbrik məktubu

ilham-eliyevden-tebrik-mektubu
Oxunma sayı: 733

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihə təbrik ünvanlayıb.

"Qafqazinfo"nun məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.