İlham Əliyevdən təbrik məktubu

ilham-eliyevden-tebrik-mektubu
Oxunma sayı: 1699

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo"nun xəbərinə görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm"..