İlham Əliyevdən təbrik məktubu

İlham Əliyevdən təbrik məktubu
Oxunma sayı: 1313

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib. 

"Qafqazinfo"nun məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab General-Qubernator,

Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi