İlham Əliyevdən tunisli həmkarına - Təbrik

ilham-eliyevden-tunisli-hemkarina
Oxunma sayı: 749

Prezident İlham Əliyev tunisli həmkarı Beji Kaid əs-Sebsini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.