İlham Əliyevdən Türkiyəyə - Başsağlığı

ilham-eliyevden-turkiyeye
Oxunma sayı: 2863

Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Bakı səfərini təxirə salmaq istəyi ilə bağlı İlham Əliyevə zəng edib.

Telefon əlaqəsi zamanı Əliyev Ankarada baş vermiş partlayışa görə kədərləndiyini, Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara isə şəfa dilədiyini bildirib.

***

Başsağlığı mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”