İlham Əliyevdən yeni bina tikintisi ilə bağlı- - Sərəncam

ilham-eliyevden-yeni-bina-tikintisi-ile-bagli-
Oxunma sayı: 4160


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında” sərəncam imzalayıb. 

“Qafqazinfo”nun xəbərinə görə, sərəncamla Dövlət Miqrasiya Xidmətinə onun yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.