İlham Əliyevə ali orden təqdim edildi - Foto

ilham-eliyeve-ali-orden-teqdim-edildi
Oxunma sayı: 703

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, səfir Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.