İlham Əliyevə məktub var

ilham-eliyeve-mektub-var
Oxunma sayı: 1124


“Qafqazinfo” xəbər verir ki, Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukun təbrik məktubunda deyilir: “Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır. Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir. Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm”. 

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet adından göndərilən təbrik məktubunda qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzuları yer alıb. 

Qeyd edək ki, bu gün təbrik göndərənlər arasında Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Koreya Respublikasının Prezidenti Xanım Pak Kın He də var.