İlham Əliyevin Ərəbistana rəsmi səfəri başladı- - Fotolar

ilham-eliyevin-erebistana-resmi-seferi-basladi-
Oxunma sayı: 5190


“Qafqazinfo”nun məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyad hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Sonra Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Dövlətimizin başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılanıb.

Azərbaycanın və Səudiyyə Ərəbistanın dövlət himnləri səslənib.

Daha sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.