İlham Əliyevin İran səfəri nə vəd edir?

ilham-eliyevin-iran-seferi-ne-ved-edir
Oxunma sayı: 1336


 “Qafqazinfo” xəbər verir ki, sədr müavini səfərin formal tərəfləri haqda rəsmi mətbuatda kifayət qədər məlumat verildiyini bildirib: “Beynəlxalq qaydalara uyğun olaraq qonşu ölkəyə həyata keçirilmiş bir səfər deyib üstündən keçə bilərik. Amma yəqin ki, bizim üçün səfərin “yazılmayan” tərəfləri daha çox önəm kəsb edir. Öncə bu suala cavab axtaraq. Son illərdə Azərbaycan- İran münasibətlərinin durumunu necə dəyərləndirmək olar? Baxın biz təkcə son 3 ildə İran rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə yönəlik  dəfələrlə səsləndirilən bəyanatların şahidi olmuşuq. Ayətullah Şəbüstərinin Azərbaycanı” şimalı iran” adlandırmasından, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Firuzabadinin ərazi sərsəmləmələrindən, İran İslami Şura məclisinin ayrı-ayri üzvlərinin “Türkmənçay” iddialarından tutmuş Azərbaycandan olan yazarların Təbrizdə saxlanılmasına və PA-nın rəhbəri Ramiz Mehdiyevin İranın rəsmi medyalarında “ifşa” olunmasına qədər son dönəmdə izlədiyimiz tablo iki ölkə arasında münasibətlərin nə qədər kövrək olduğunu göz önünə qoyur.  Müqayisə üçün bunu da deyim ki, Azərbaycan hakimiyyətini təmsil edən kimsə bu bəyanatlara adekvat olaraq, hətta orada yaşayan soydaşlarımızın durumu haqda da olsun belə bu şəkildə cəsarət nümayiş etdirməmişdir. Soydaşlarımızın problemləri haqda ara-sıra mövqe və yanaşmalar yalnız müxalifət düşərgəsində və medyasında öz əksini tapıb. Elə bu günlər diqqətimi çəkən bir nöqtəni də qeyd edim ki, Azərbaycan prezidentinin İrana səfərilə bağlı medya bazarına ötürülən və təbii ki, gülüş doğuran xəbərlərdən biri də “İ.Əliyevin bu səfərinin soydaşlarımızın problemlərinin həll olunmasına da kömək göstərəcəyi” ilə bağlıdır. Yəni bu yanaşma ya bəzilərinin diletantlığından irəli gəlir, ya da düşünərək medyaya sızdırılır. Hər halda mənim üçün bu şəkildə yanaşma absurddur.

Bəs iki ölkə arasında münasibətlərin heç də sabit olmadığı bir dönəmdə İlham Əliyevin İran səfərinin nə önəmi ola bilər? Baxmayaraq ki,hazırda İran özü də xarici siyasət burulğanında çabalamaqdadır, Azərbaycan dövlət başçısının bu səfəri obrazlı desək “soyuq şimal küləyinin” təsirindən çıxmaq üçün atılan addımlar silsiləsindəndir. Şübhəsiz ki,20 ildir aparılan sözdə “balanslaşdırma” siyasətinin tərkib hissəsi olaraq. Azərbaycan hakimiyyəti yenə dənizdə yelkənsiz gəmi kimi küləyin əsirinə çevrilir. Şübhə etmirəm ki,bu siyasət kursu perspektiv üçün nəsə vəd etmiş ola bilər”.