İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatdı - Fotolar

ilham-eliyevin-italiyaya-dovlet-seferi-basa-catdi
Oxunma sayı: 1925

Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola salıblar.