İlham Əliyevin Türkiyə səfəri başa çatdı - Foto

ilham-eliyevin-turkiye-seferi-basa-catdi
Oxunma sayı: 904

Prezident İlham Əliyevin Türkiyə səfəri başa çatıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, dövlət başçısını Atatürk Hava limanında İqtisadiyyat naziri Mustafa Elitaş və digər rəsmilər yola salıb.

Xatırladaq ki, dövlət başçısı birinci xanımla birgə 14-15 aprel tarixlərində İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak ediblər.