İlham Əliyevlə ailəsi İdman Sarayında olub- - Fotolar

ilham-eliyevle-ailesi-idman-sarayinda-olub-
Oxunma sayı: 5284


"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Gənclər və idman naziri Azad Rəhimov burada aparılan əsaslı təmir işləri barədə məlumat verib.

Dövlət başçısı və xanımı bu idman qurğusunda aparılan əsaslı təmir işlərinin gedişi ilə dəfələrlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini veriblər.

Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Bu sarayın əsaslı təmiri Avropa Olimpiya Komitəsi, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi və aidiyyəti beynəlxalq federasiyaların tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə yerinə yetirilib.