İlham Əliyevlə bp prezidentinin görüşünə - Şərh

ilham-eliyevle-bp-prezidentinin-gorusune-serh
Oxunma sayı: 660

Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan Prezidenti ilə BP rəhbərinin görüşündən əldə edilən nəticələri şərh edərkən deyib. İlham Şaban bildirib ki, hər üç tərəfin baxışları eynidir: “Amma hələ ki, şirkətlər heç bir sənəd imzalamayıb. Şirkətlər arasında kommersiya məsələləri yekunlaşdırıldıqdan sonra sənədlər imzalanacaq. Ümumi strategiyada bir sərtlik yoxdur. Bu pozitiv bir haldır”.

İlham Şaban prezidentin çıxışındakı bir sıra mühüm məsələlərə də toxunub. Prezident İlham Əliyev 2013-cü ildə bir sıra meqalayihələrin təməlinin qoyulacağını da vurğulayıb: “Bunlar “Şahdəniz Mərhələ 2”, Sənqəçalda neftkimya kompleksinin tikilməsi, TANAP layihəsinə start verilməsi, Türkiyənin İzmir şəhərində SOCAR-ın neftayırma zavodunun tikilməsi olacaq. Bu layihələr çox böyük neft-qaz sənayəsi layihələrdir və başa çatdırılması çox böyük maliyyə tələb edir”.

Günel