İlham Əliyevlə Ərdoğan Türkiyə-Uels matçında - Foto

İlham Əliyevlə Ərdoğan Türkiyə-Uels matçında
Oxunma sayı: 4936

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Aleksander Çeferin ilə görüşüblər.

Oyun başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı yola saldılar.