İlham Mirzəyevin klinikası lisenziyasız imiş

ilham-mirzeyevin-klinikasi-lisenziyasiz-imis
Oxunma sayı: 6969


Bunu Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, hazırda saxlanılan İlham Mirzəyevə məxsus “İlhaMed” klinikasının tibbyönümlü fəaliyyəti olmadığından ona Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. 

“Həmin klinikadakı qanunsuzluqlarla bağlı Səhiyyə Nazirliyi yoxlama aparmayıb. Çünki bu barədə nazirliyə heç bir siqnal daxil olmayıb. Odur ki, həmin klinikada yoxlamaların aparılacağı ilə bağlı da hələ ki, heç nə məlum deyil. Klinikada tibbi yardım göstərilmir. Orada sadəcə olaraq psixiatrik yardım göstərildiyindən Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. Yəni nazirlik yalnız tibbi fəaliyyəti olan klinikalara lisenziya verə bilər”, – deyə Anar Qədirli bildirib. 

Xatırladaq ki, “Space” televiziyasında “Etiraf” verilişinin aparıcısı və “İlhaMed” klinikasının rəhbəri İlham Mirzəyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ. Mirzəyevin rəhbəri olduğu “İlhaMed” klinikasının fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı söylənilir.