İlham Rəhimovun “Cinayət və cəza”sı “Hilton”da- - Fotolar

ilham-rehimovun-cinayet-ve-cezasi-hiltonda-
Oxunma sayı: 2956


“Qafqazinfo”nun məlumatına görə, tədbirdə elm xadimləri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun nümayəndəsi, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev və başqaları bildirib ki, İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabı Azərbaycan hüquq tarixinə böyük töfhədir.

Əməkdar hüquqşünas, professor İlham Rəhimovun isə çıxışında həyatının çoxunu elmə sərf etdiyini söyləyib.

O, daim “Qurani-Kərim”i də mütaliə edib öyrəndiyini vurğulayıb. İ.Rəhimov “Quran”la bağlı elmi materialları topladığını qeyd edərək yeni bir elmi əsər yazacağını vurğulayıb.

İ.Rəhimov onu da deyib ki, bu gün təqdimatı keçirilən “Cinayət və cəzanın fəlsəfəsi” kitabını yazarkən “Quran”la yanaşı “İncil” və digər dini kitablardan yararlanıb.

Qeyd edək ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı “Şərq Qərb” mətbəəsində çap edilib. Kitab ilk dəfə ötən il Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görüb.

Kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilib.

Kitab yalnız hüquq fakültəsinin müəllimləri, tələbə və magistrlərinin deyil, başqa sahələrdə çalışan insanların da marağına səbəb olub.

Kitabın rəyçiləri Rusiyanın tanınmış hüquqşünaslarıdır.

Kitabda cinayətin səbəbləri və mənşəyi, cəzanın mahiyyətinə fəlsəfi nöqteyi-nəzərdən yanaşma öz əksini tapıb.