İlham Zəkiyev mükafatlandırıldı

İlham Zəkiyev mükafatlandırıldı
Oxunma sayı: 3190

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, turnir çərçivəsində ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan cüdoçu İlham Zəkiyev də mükafatalandırılıb.

O, 7-ci Dan Qara Kəmərlə təltif olunub. İ.Zəkiyevə mükafatı Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta təqdim edib.