“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu yarışda 3 idmançı təmsil edəcək.
90 kq çəki dərəcəsində İlham Zəkiyev tatamiyə çıxacaq.
Eyni çəki dərəcəsində daha bir idmançımız Zakir Mislimov da mübarizəyə qoşulacaq. O, ¼ final mərhələsində ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək. Bu görüş 15:12-də başlatacaq.
Qadın paracüdoçuların yarışında isə 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva tatamiyə ayaq basacaq. O, saat 15:00-da ¼ final mərhələsi çərçivəsində ispaniyalı Maria Merensioano ilə qarşılaşacaq.
***
Səbinə Abdullayeva ispaniyalı Maria Merensianonu ipponla uddu və yarımfinala vəsiqə qazandı.
***
Zakir Mislimov yarımfinal uğrunda mübarizə aparır.
***
Zakir rəqibinə ipponla uduzur.
***
İlham Zəkiyev Yunanıstan təmsilçisi Klimiz Papaxristos ilə qarşılaşıb. Paracüdoçumuz idmançını saxlama (asai-komi) fəndinə salıb və vaxtından əvvəl qalib gələrək finala çıxıb.
İlhamın finaldakı rəqibi Oleksandr Pominov olacaq.
***
Səbinə Abdullayeva yarımfinalda Nataliya Nikolayçiklə görüşüb. Rəqibini üstələyən xanım idmançımız finala vəsiqə qazanıb.
Elsevər
Son xəbərlər
Son Xəbərlər