“Qafqazinfo” xəbər verir ki, xalq artisti özünün instagram səhifəsində primadonnanın dünənki açıqlamasını paylaşaraq İlhamə Quliyevaya sərt cavab verib:
“Azərbaycan qadını...Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz İlhamə Quliyeva”.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva dünən “Qafqazinfo”ya açıqlamasında Aygün Kazımova ilə Brilliant Dadaşova arasındakı qalmaqala münasibət bildirərək onlardan fəxri adların alınmasını təklif etmişdi. Xanım Quliyeva həmçinin hər iki sənətçinin atdığı addımların Azərbaycan qadını adına ləkə olduğunu bildirmişdi.