“Quliyeva İlhamə Məzahir qızıyam. Mənə “Şöhrət” ordeni verəndə anamın 5 yaşında ailə qurduğu Həbib müəllimin adı yazılmışdı. Həbib Bayramov ataların atası olub, mənə gözəl tərbiyə verib. Sənədlə, doğma atam Məzahir Quliyevdir. Bakı balaca şəhərdir, hamı tanıyır ki, kimin atası kimdir, kim neçə dəfə ərə gedib, kimin əri ola-ola məşuqu var. Həbib müəllim anamın vəfalı ömür-gün yoldaşı olub. Onların sevgisinin yanında Leyli Məcnun istirahət edib. Onlar bir-birini çox sevib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Sonra anam Həbib müəllimlə ailə qurub. Köklü ailənin tək övladı olmuşam. Sonradan görənlərdən deyiləm. Miraslar üst-üstə yığılıb, mənə qalıb”. Könül
Son xəbərlər
Son Xəbərlər