İlhamə Quliyeva oğlunu nişanladı - Yenilənib

ilhame-quliyeva-oglunu-nisanladi-yenilenib
Oxunma sayı: 672

Xalq artisti İlhamə Quliyeva oğlu Orxanı evləndirir. “Qafqazinfo”ya daxil olan məlumata görə, iki gün bunadan əvvəl “Mala Plaqa” restoranında xalq artisti oğlu Orxana nişan mərasimi edib. İlhamə Quliyevanın oğlunu kiminlə evləndirdiyini öyrənə bilməsək də, məlum olub ki, nişan mərasimində şou əhli iştirak etməyib. Mərasimdə yalnız müğənninin ailə qohumları olub.

Həmişə media ilə yaxşı münasibətdə olan xalq artisti İlhamə Quliyevanın bu xəbəri onlardan niyə gizlətdiyi də sual altında qalıb.

Xalq artisti “Qafqazinfo”ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib: “Bu mənim şəxsi işimdir. Şəxsi həyatıma heç kim qarışmasın. Bu barədə danışmaq istəmirəm”.

***

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli sənətkarın oğlu Orxanla bağlı yayılmış xəbərin doğru olmadığını deyir: “İlhamə xanım şəxsi həyatı barədə açıqlama vermək istəmir, oğlunun həyatının gündəmə gətirilməsinin əleyhinədir. Bu İlhamə xanımın şəxsi işidir, ailə məsələsidir. Şəxsi həyatına heç kim qarışmasın! İlhamə xanım kimi böyük bir sənətkarın ailə məsələsi ilə gündəmə gəlməyə ehtiyacı yoxdur. Sənətkar ənənəsinə sadiq qalaraq çoxmilyonlu pərəstişkarlarını yenə də yaradıcılıq uğurları ilə sevindirməyi üstün tutur”.