İlhamə Quliyevadan “Bandotdel” - Açıqlaması

ilhame-quliyevadan-bandotdel-aciqlamasi
Oxunma sayı: 682


Xatırladaq ki, bir neçə gün əvvəl xalq artisti İlhamə Quliyeva xalq artistləri Nazpəri Dostəliyeva və Məleykə Əsədovanın, eləcə də rejissor və aktyor Sərxan Kərəmoğlunun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış etmişdi. İ.Quliyeva adıçəkilən sənətçilərin onu təhqir etdiyinə görə bu addımı atdığını deyib: “Nazpəri Dostəliyeva, Məleykə Əsədova və Sərxan Kərəmoğlu efirlərdə çıxış edərkən mənim ünvanıma təhqirlər işlədiblər. Sərxan isə öz parodiyası ilə məni gülünc vəziyyətə qoyub. Təəssüf ki, mən onlara vaxtında cavab verə bilməmişəm, çünki səfərdə olmuşam. Lakin məndə bütün lazımi videomateriallar və sözlərimi təsdiq edən dəlillər var. Bu səbəbdən Daxili İşlər Nazirliyinə və digər müvafiq strukturlara müraciət etmişəm ki, onlar inzibati məsuliyyətə cəlb olunsunlar. Əgər üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Nazpəri artıq bu orqanlara çağırılıb. Məleykə və Sərxanı da eyni aqibət gözləyir. Mən bu üçlüyün ictimai şəkildə üzr istəməsini tələb edirəm. Əks təqdirdə Azərbaycanın Cinayət Məcəlləsinin tələblərinə uyğun məsuliyyət daşıyacaqlar”.