“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə xanımın mətbuat katibi Faiq Ələkbərovun sözlərinə görə, sənətkara bu mükafat Milli mətbuatımızın 139-cu ildönümü münasibəti ilə Azərbaycan musiqisini bütün dünyada yüksək səviyyədə təbliğ etdiyinə görə verilib: "İlhamə xanım onu bu mükafata layiq gördükləri üçün adıçəkilən birliyin sədri Hacı Azadə Taleh Abbasqızıya və zəhməti olan hər bir kəsə təşəkkürünü bildirir".
Xatırladaq ki, bu mükafat fəaliyyət göstərdikləri sahələrdəki böyük uğurlarına görə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, xalq artisti Amaliya Pənahovaya və ölkənin bir sıra KİV-də çalışan peşəkar jurnalistlərə də verilib.