İlhamə Quliyevanın eks köməkçisi Mehriban Hüseynovanın həbsinin üç ay uzadılmasına həyat yoldaşı Tofiq Hüseynov münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, T.Hüseynov istintaqın düzgün aparılmadığını söyləyib:
“Səbail Məhkəməsindən bildirdilər ki, Mehribanın həbsini 3 ay uzadıblar. Məsələ ilə bağlı lazımı orqanlara müraciət etmişəm. Mehriban günahsızdır, günahsız insanın həbsdə olmasını başa düşmürəm. Var-dövləti, pulu ələ keçirmək planı oğulluğu Orxan Nadirovun və onun dostu Vüqarın planı olub. Onların planından xəbəri olduğu üçün Mehriban sənədə qol çəkib.
Guya ki, Mehriban İlhamə Quliyevanın mal-mülkünü ələ keçirmək istəyib. Bu əsassızdır, hazırda istintaq düzgün aparılmır. Saxta sənədləri təqdim edənlər çöldə gəzir, Mehriban həbsxanada yatır. İlhamə Quliyeva Türkiyədə əməliyyat olunmağa getmişdi. Onun Mehribana müvəqqəti etibarnamə verməsi oğulluğunu narahat etdi və bu planı qurdu”.
Xatırladaq ki, bu gün Səbail Rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və M.Hüseynovanın həbs müddəti üç ay artırılıb.
Son xəbərlər
Son Xəbərlər