İlhamiyyə Rza ANS-də veriliş aparacaq

ilhamiyye-rza-ans-de-verilis-aparacaq
Oxunma sayı: 3421

Tanınmış jurnalist İlhamiyyə Rza ANS-də veriliş aparacaq.

“Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, İ.Rza “Nəzər nöqtəsi” verilişinə aparıcılıq edəcək. ANS-in marketinq şöbəsinin rəhbəri Nigar Zeynalova faktı təsdiqləyib: “Bu gün müzakirə edildi. Qərar verildi ki, verilişi İlhamiyyə Rza aparsın”.

Məlumat üçün bildirək ki, veriliş həftə içi hər gün 20:30-da yayımlanır. Verilişin aparıcısı hazırda Eldəniz Elgündür.