İlin aktrisası Məleykə, müğənnisi isə... - Fotolar

ilin-aktrisasi-meleyke-mugennisi-ise
Oxunma sayı: 10035

Ötən gün “Most Fashionable Awards” beynəlxalq mükafatladırılma mərasiminin finalı baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, mükafatlandırma mərasimi yerli otellərin birində baş tutub.

Bu ildən etibarən dünyanın onlarla ölkəsində keçrilən "Most Fashionable Awards Ceremony" Azərbaycanda reallaşdırılıb.

Layihədə namizədlər arasında müğənnilər, aparıcılar, aktyorlar, dizaynerlər, idmançılar, stilstlər, iş adamları, modellər, müxtəlif biznes sektorunun nümayəndələri yer alıb.

Gecənin aparıcıları Samir Bayramlı və “Best Model of Azerbaijan-2014” titulunun sahibi Sima Şərafətdinova olub.

Mərasimdə xaricdən dəvət olunan modellər iştirak edib, onlar podiumda yerli modellərlə birgə moda şousu göstəriblər.

Gecənin sonunda xalqın səsverməsi zamanı qalib olan şəxslərin adı açıqlanıb.

Xalq artistləri Məleykə Əsədova “ilin ən yaxşı aktrisası”, Faiq Ağayev isə “ilin ən yaxşı müğənnisi” nominasıyasının qalibi olub.

İdmançı Kamil Zeynallı isə “İlin ən yaxşı məşqçisi” statusunu qazanıb.

Fotolar : Nuran