İlin ən böyük inşaat xəbəri!

ilin-en-boyuk-insaat-xeberi
Oxunma sayı: 2762

Tam yeni, müasir inşaat həlləri təklif edən “Retaş” inşaat marketin açılış mərasimi baş tutub. 

Açılış  mərasimində ölkənin ən tanınmış memar-dizaynerləri, iri inşaat şirkətlərinin nümayəndələri, və inşaat  sahəsində öz sözünü demiş aparıcı mütəxəssislər iştirak edib. 

Açılış nitqində “Retaş” markasının  yaradıcılarından Arif Məmmədov inşaat marketin ölkənin inşaat bazarına yeni bir nəfəs gətirəcəyini  vurğulayıb. 

Qeyd edildi ki, bu inşaat marketdə ziyarətçilər arzu etdikləri inşaat materiallarının ən  yaxşılarını əldə edəcəklər. 

“Retaş” inşaat marketdə hər biri öz sahəsində lider olan markalar son  istehlakçıya təqdim olunur. Nəzərinizə çatdıraq ki, bu inşaat market Bakıda fəaliyyətə başlayan ilk dükan  olsa da, bu il ərzində ölkənin digər şəhərlərində də filialları açılacaqdır. Bununla da, “Retaş” inşaatda yeni  cığır açmağı planlayır. “Retaş” inşaat marketdə satışı həyata keçirilən bir çox məhsul koteqoryaları  vardır: 

İnşaat boyaları, sənaye boyaları, epoksi boyalar, mebel boyaları, laklar, dolğular, sement əsaslı quru  inşaat qarışıqları, gips əsaslı məhsullar, keramoqranitlər, kafellər, metlaxlar, santexnika məhsulları,  elektrik avadanlıqları, isitmə sistemləri, xırdavatlar və sairə. 

Boya alıcıları üçün “Retaş”da marketdən ayrılmadan bir neçə dəqiqəyə istədikləri rəngdə boyanı əldə etmək imkanı var. Bunun üçün ən müasir rəngləndirmə aparatı və mütəxəssislər marketdə xidmətinizdə olacaq.  

“Retaş”ın üstünlüklərindən biri odur ki, ilk yerli keramoqranit markası olan “NB Ceramic” məhsullarıın  eksklüziv satış hüququna malikdir. Burada siz 21-ci əsrin inşaat möcüzəsi hesab olunan Azərbaycan  keramoqranitinin ən geniş çeşidi ilə qarşılaşacaqsınız. Seçilən keramoqranitlərin məkanınıza uyğun  yerləşdirməsini professional dizaynerlər həyata keçirəcək.  

“Retaş” ona görə unikaldır ki, inşaatın ən müxtəlif mərhələlərində, qaba inşaatdan son dizayn  toxunuşuna qədər bütün materiallar birinci əldən son isteklakçıya təqdim edilir.  

“Retaş”a gəlməklə siz inamla, tam rahat, güvənli gələcəyi özünüz inşa edəcəksiniz. İnşaat marketdə yaradılmış müsbət aura sizi pozitivə kökləyəcək.

Əlaqə: Azadlıq prospekti 163
+99412 562 17 47