İlin ən çox qazanan məşhuru... - Fotolar

ilin-en-cox-qazanan-meshuru
Oxunma sayı: 4172

“Forbes” jurnalı “İlin ən çox qazanan məşhurları” siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki siyahıda son albomu “1989” ilə 170 milyon dollar gəlir əldə edən Teylor Svift birinci olub.

Jurnalın agentliklər, menecerlər və prodüserlərlə görüşərək hazırladığı siyahıda ikinci sıranı məşhur ingilis qrupu “One Direction” tutub.

Louis Tomlinson, Harry Styles, Liam Payne və Niall Horandan ibarət olan qrupun gəliri 110 milyon dollardır.

“Forbes” 10 məşhur siyahısında şoumen Phil McGraw, futbolçular Cristiano Ronaldo və Lionel Messi, müğənni Adele, komediya aktyoru Kevin Hart və radio aparıcısı Howard Stern də var.