İlin ən dəbli qadını seçildi - Foto

ilin-en-debli-qadini-secildi
Oxunma sayı: 2746

“Vogue” 2019-cu ilin ən dəbli qadınını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu, britaniyalı aktrisa və top-model Naomi Kempbell olub. O, 2019-cu ildə tədbirlərdə daha çox “Valentino”, “Versace” və “Alexander McQueen” brendlərindən olan geyimlərdən istifadə edib. Xüsusilə, lələkli libası yaddaqalan olub.

Reytinq cədvəlində ikinci yeri ingilis aktrisa Cema Çan, üçüncü yeri müğənni Rihanna tutub.

Qeyd edək ki, bundan əvvəl “GQ” jurnalı amerikalı aktyor Timoti Şalameni ilin ən dəbli kişisi elan etmişdi.