İlin ən reytinqli farmasevtik şirkəti seçildi

ilin-en-reytinqli-farmasevtik-sirketi-secildi-
Oxunma sayı: 10891

“Qafqazinfo” xəbər verir ki, dermaninfo.az saytı və “Sağlam xəbər” qəzeti 2012-ci ilin oktyabr, noyabr və dekabr aylarında həkimlər arasında sosioloji rəy sorğusu keçirib.

Belə bir rəy sorğusu Azərbaycanda ilk dəfə olaraq aparılıb və gələcəkdə də davam etdiriləcək. Anket sorğularının hazırlanmasında sosioloqlar, tibbi ekspertlər və istehlakçı hüquqlarının müdafiəsi sferasında tanınan ictimai xadimlər iştirak ediblər.

Rəy sorğuları Bakı şəhərində fəaliyyət göstərən 34 dövlət və 16 özəl tibb müəssisəsini əhatə edib və bütövlükdə 960 həkim arasında aparılıb.
Anket sorğularının sadəcə 8-i etibarsız çıxıb, qalanları isə müxtəlif xəstəxanada çalışan həkimlərin mövqeyini əks etdirib.

2012-ci ilin dərman şirkətinin və ən yaxşı əczaçılıq şirkətlərinin 10-luğunun müəyyən edilməsi təkcə həkimlər arasında aparılan rəy sorğusu əsasında deyil, rəy sorğuları, müvafiq dövlət strukturlarına ünvanlanan sorğular əsasında toplanan məlumatlar, Azərbaycan Səhiyyəsinə edilən töhvələr, o cümlədən dövlət əhəmiyyətli layihələrin, tibbi xidmətin dəstəklənməsi, ictimai əhəmiyyətli məlumatların əhaliyə çatdırılması, dərman bazarında istehlak edilən məhsullar barədə məlumatların xalqa çatdırılması, ölkəyə gətirilən dərmanların istehlakçıya keyfiyyətli çatdırılması, istehlakçı hüquqlarının qorunması və müdafiəsi, Azərbaycanda çalışan həkimlərin dünyaya, beynəlxalq səhiyyəyə layiqli inteqrasiyasında göstərdikləri xidmətləri əks elətdirən faktlar, ÜST və digər beynəlxalq tibbi cəmiyyətlərin müalicə standartlarının Azərbaycanda düzgün həyata keçirilməsində aktiv iştirakı barədə keçirilən tədbirlər, müstəqil jurnalist araşdırmaları nəticəsində aşkar edilən faktlar əsasında aşkara çıxarılıb.

Anket sorğusunda Azərbaycanda fəaliyyət göstərən əczaçılıq şirkətləri, o cümlədən distribyuterlik və marketinq fəaliyyəti ilə məşğul olan dərman şirkətlərinin, apteklərin keyfiyyətli və uğurlu işini aşkara çıxaran suallar qoyulub.
Sözügedən sorğuya həmçinin Bakı şəhərində fəaliyyət göstərən klinikaların reytinqi də müəyyən edilib. Sorğu anketlərində tibb müəssisələrinin həyata keçirdikləri keyfiyyət göstəricilərinı ölçən suallar var.

Azərbaycanda fəaliyyət göstərən əczaçılıq şirkətləri arasında (Anket sorğusunda 84 yerli şirkətinin adı qeyd edilib) 2012-ci ilin ən yaxşı onluğu:

1. Avromed - Rəyi soruşulan həkimlərin 92%
2. Riyad farma - Rəyi soruşulan həkimlərin 86%
3. Paşa K (Europharma) – Rəyi soruşulan həkimlərin 74%
4. Azerimed - Rəyi soruşulan həkimlərin 71%
5. Asfarma - Rəyi soruşulan həkimlərin 62%
6. Planeta (HEEL) - Rəyi soruşulan həkimlərin 44%
8. Farm Group - Rəyi soruşulan həkimlərin 41%
9. Profarma - Rəyi soruşulan həkimlərin 28%
10. El company (Vitabiotics) - Rəyi soruşulan həkimlərin 22%
11. Avita - Rəyi soruşulan həkimlərin 21% (Sorğunun nəticəsinə cüzi faiz fərqini nəzərə alara11-ci yerdə qərar tutan şirkətin də adını daxil ediblər).

Xarici dərman şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəlikləri arasında (Anket sorğusunda 35 xarici şirkətin nümayəndəliyinin adı qeyd olunub) 2012-ci ilin ən yaxşı qiymətləndirilən onluğu:

1. Hoffman La Roche (Roş) - Rəyi soruşulan həkimlərin 66%
2. Servier - Rəyi soruşulan həkimlərin 61%
3. KRKA - Rəyi soruşulan həkimlərin 53%
4. Gedeon Richter - Rəyi soruşulan həkimlərin 46%
5. Shering Plough - Rəyi soruşulan həkimlərin 42%
6. Berlin Chemie - Rəyi soruşulan həkimlərin 38%
7. Abdi İbrahim İlaç Sanayi - Rəyi soruşulan həkimlərin 32%
8. Egis farmaseptikal - Rəyi soruşulan həkimlərin 30%
9. Bayer - Rəyi soruşulan həkimlərin - 26%
10. 10-cu yerdə 5 xarici nümayəndəlik cüzi faizlə fərləndiklərinə görə həmin şirkətlərin hamısını 10-cu sırada sıyahıya daxil etməli olublar

UNİGEN - Rəyi soruşulan həkimlərin 18%
Novartis - Rəyi soruşulan həkimlərin 17%
Nobel Farma - Rəyi soruşulan həkimlərin 15%
Sanovel - Rəyi soruşulan həkimlərin 14.5%
Sanafi Aventis - Rəyi soruşulan həkimlərin 13%
Apardılan rəy sorğuları və jurnalist araşdırmaları nəticəsində əczaçılıq bazarında xeyli sayda neqativ faktlar da müəyyən edilib.
Bu neqativ faktlar Bakı şəhərində yerləşən xəstəxanaların, tibb işçilərinin və dərman şirkətlərinin fəaliyyətini əhatə edib.

Qeyd edək ki, artıq yanvar ayından etibarən 2013-cü ilin müxtəlif aylarının ən yaxşı və ən pis əczaçılıq şirkətinin də müəyyən edilməsi məqsədilə sosioloji rəy sorğusu davam etdiriləcək.