“İlin ən seksual kişisi” seçildi - Fotolar

ilin-en-seksual-kisisi-secildi
Oxunma sayı: 5209

Bu günlərdə ABŞ-ın “People” jurnalı hər il olduğu kimi, bu il də “İlin ən seksual kişisi”ni (Sexiest Man Alive) seçib. 

“Qafqazinfo” xəbər verir ki, 2021-ci ildə titulun sahibi amerikalı aktyor, ssenarist və prodüser Pol Radd olub. O, “Marvel” kinematoqrafiya kainatında yaratdığı Qarışqa-insan rolu sayəsinə dünya şöhrəti və uğur qazanıb.

“Çox gözəl başa düşürəm ki, insanlar mənim seçildiyimi bilib təəccüblənəcəklər. Bu, yalandan təvazökarlıq deyil. Sadəcə bu titulu məndən daha tez almağa layiq olan çox insan var”, - P. Radd “People”a müsahibəsində deyib.  

Qeyd edək ki, ayrı-ayrı illərdə bu titula Corc Kluni və Bred Pitt iki dəfə layiq görülüb. 2016-cı ildə mükafatın laureatı Dueyn Skala Conson, 2017-ci ildə Bleyk Şelton, 2018-ci ildə İdris Elba, 2019-cu ildə Con Ledcend, 2020-ci ildə isə Maykl B. Cordan olub.